AZ

Qarabağda müasir texnologiyalar əsasında yeni tingçilik təsərrüfatı yaradılır

Qarabağda müasir texnologiyalar əsasında yeni tingçilik təsərrüfatı yaradılır.
APA-nın Qarabağ bürosu xəbər verir ki, bunu Xankəndidə İdarələrarası Mərkəzin Ekoloji məsələlər üzrə İşçi Qrupunun iclasında çıxış edən ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov deyib.

Qeyd olunub ki, işğal dövründə ermənilər tərəfindən məhv edilmiş yaşıllıq sahələrinin bərpasında bu tinglərdən istifadə ediləcək. Məhv edilmiş yaşıllıq sahələrinin sürətli şəkildə bərpa etmək üçün yaradılan ağıllı ting təsərrüfatında, müxtəlif növ ağac və gül kollarından ibarət tinglər yetişdiriləçək.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, bir il ərzində bu təsərrüfatda 2 milyona yaxın ting yetişdiriləcək.

Türkiyə və Azərbaycanla birgə Cəbrayıl rayonu ərazisində yeni tingçilik təsərrüfatı mərkəzi də tikilir. Bu mərkəzin ilin sonuna qədər istifadəyə verilməsi nəzərdə tutulur. Bununla da Türkiyə, erməni işğalı zamanı məhv edilmiş meşə örtüyünün bərpasına da mühüm töhfə verəcək.

Seçilən
21
8
apa.az

10Mənbələr