AZ

Kommersiya qurumlarının 86%-ə yaxını elektron qaydada qeydiyyata alınıb

Bakı. Trend:

Bu ilin iyun ayının 1-nə respublika üzrə uçotda olan 1 625 480vergi ödəyicisinin 86,9 faizi fiziki şəxslər, 13,1 faizi hüquqişəxslər və digər təşkilatlar olub.

Bu barədə Trend İqtisadiyyat Nazirliyinin yanında Dövlət VergiXidmətinə istinadən xəbər verir.

Məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə vergiödəyicilərinin ümumi sayı 4,4 faiz, o cümlədən, fiziki şəxslərinsayı 3,9 faiz, hüquqi şəxslərin sayı isə 7,7 faiz artıb.

Dövlət qeydiyyatında olan kommersiya hüquqi şəxslərin 91,7 faiziməhdud məsuliyyətli cəmiyyət, 1,1 faizi səhmdar cəmiyyət, 1,1 faizikooperativ və s. formalarda yaradılıb. İyun ayının 1-nə qeydiyyatdaolan kommersiya qurumlarının sayı ötən ilin müvafiq dövrü iləmüqayisədə 8,3 faiz artaraq, 196.485 vahid təşkil edib.

2025-ci ilin yanvar-may aylarında 6.236 kommersiya qurumu dövlətqeydiyyatından keçib ki, onların 89,1 faizi yerli investisiyalı,10,9 faizi xarici investisiyalıdır.

Kommersiya qurumlarının 85,7 faizi elektron qaydada qeydiyyataalınıb. Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərine-qeydiyyatının xüsusi çəkisi 96,8 faiz təşkil edib.

Məqalədə:
Seçilən
112
13
az.trend.az

10Mənbələr