AZ

Naxçıvanda aktiv vergi ödəyicilərinin sayı 15,5 faiz artıb

Naxçıvan Muxtar Respublikasında iyunun 1-nə aktiv vergi ödəyicilərinin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 15,5 faiz artaraq 21 min 83 olub.

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, hesabat dövründə aktiv ƏDV ödəyicilərinin sayı 13,6 faiz artıb və 575 təşkil edib.

Aktiv obyektlərin (təsərrüfat subyektlərinin) sayı isə 6,1 faiz artaraq 6 min 60 olub.

"Cebheinfo.az" 

Seçilən
110
17
cebheinfo.az

10Mənbələr