AZ

ABŞ və Çin razılığa GƏLDİ – Məhdudiyyətlər LƏĞV OLUNUR

ABŞ və Çin nümayəndələri Londonda keçirilən ticarət danışıqlarını yekunlaşdırıblar.

Bizim.Media “Reuters” agentliyinə istinadən xəbər verir ki, danışıqlarda Amerika tərəfini maliyyə naziri Skott Bessent, ticarət naziri Hovard Lutnik və ABŞ-ın nümayəndəsi Ceymison Qri, Çin tərəfini isə baş nazirin müavini He Lifeng təmsil edib.

ABŞ və Çin nümayəndələri Londonda keçirilmiş danışıqlarda ikitərəfli ticarətdə məhdudiyyətlərin qismən aradan qaldırılması və ÇXR-dən nadir torpaq metallarının tədarükünün təmin edilməsi barədə sövdələşmələrin həyata keçirilməsi planını razılaşdırıblar.

Qeyd edək ki, Çin və ABŞ arasında ticarət-iqtisadi məsləhətləşmələr mexanizmi mayın 10-dan 11-dək Cenevrədə keçirilən danışıqlardan sonra yaradılıb. 

İyunun 5-də isə Çin lideri Si Cinpin və ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı olub. Onlar mümkün qədər tez bir zamanda ticarət-iqtisadi danışıqların yeni raundunun keçirilməsi barədə razılığa gəliblər.

Bizim.Media 

Seçilən
40
2
bizim.media

10Mənbələr