AZ

Londonda ikigünlük ABŞ-Çin ticarət danışıqları yekunlaşıb

ABŞ və Çin nümayəndələri Londonda keçirilən ticarət danışıqlarını yekunlaşdırıblar.Bu barədə Reuters xəbər verir.

Danışıqlarda Amerika tərəfini maliyyə naziri Skott Bessent, ticarət naziri Hovard Lutnik və ABŞ-ın nümayəndəsi Ceymison Qri, Çin tərəfini isə baş nazirin müavini He Lifeng təmsil edib.

Çin və ABŞ arasında ticarət-iqtisadi məsləhətləşmələr mexanizmi mayın 10-dan 11-dək Cenevrədə keçirilən danışıqlardan sonra yaradılıb. Həmin görüşdə Pekin və Vaşinqton may ayına qədər məbləği 100%-dən çox olan qarşılıqlı rüsumları qismən azaltmaq barədə razılığa gəliblər.

İyunun 5-də Çin Prezidenti Si Cinpin və ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı olub. Onlar mümkün qədər tez bir zamanda ticarət-iqtisadi danışıqların yeni raundunun keçirilməsi barədə razılığa gəliblər.

Seçilən
31
13
anews.az

10Mənbələr