ABŞ və Çin rəsmiləri Londonda ticarət danışıqlarını yekunlaşdırıblar.
Viral.az xəbər verir ki, bu barədə “Reuters” adı açıqlanmayan amerikalı rəsmiyə istinadən məlumat yayıb.
İyunun 9-da başlayan danışıqlarda Çin tərəfini Baş nazirin müavini Xe Lifen təmsil edib. ABŞ nümayəndə heyətinə maliyyə naziri Skott Bessent, ticarət naziri Hovard Lutnik və ABŞ-nin ticarət nümayəndəsi Ceymison Qrir daxil idi.
Son Yazılar:
- Londonda ikigünlük ABŞ-Çin ticarət danışıqları YEKUNLAŞDI
- “Mançester Siti” Fransa klubunun futbolçusunu transfer ETDİ
- “102”yə əsassız zənglər etdi, HƏBS EDİLDİ
Çin və ABŞ arasında ticarət-iqtisadi məsləhətləşmələr mexanizmi mayın 10-dan 11-dək Cenevrədə keçirilən danışıqlardan sonra yaradılıb. Həmin görüşdə Pekin və Vaşinqton may ayına qədər məbləği 100 %-i ötmüş qarşılıqlı rüsumları qismən azaltmaq barədə razılığa gəliblər.
Xatırladaq ki, iyunun 5-də Çin sədri Si Cinpinlə ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı olub. Onlar mümkün qədər tez bir zamanda ticarət-iqtisadi danışıqların yeni raundunun keçirilməsi barədə razılığa gəliblər.