AZ

Fidan: Türkiyə vasitəçilik üçün geniş imkanlara malikdir

“Rusiya Ukrayna ilə sülh danışıqlarında çeviklik nümayiş etdirməsə, ABŞ-nin gözündə əlverişsiz vəziyyətə düşə bilər”.

Operativ Media xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib.

Nazir qeyd edib ki, hər iki tərəf atəşkəs istəyir, lakin onların irəli sürdüyü tələblər fərqlidir:

“Danışıqlar və vasitəçilik məhz bu fərqlərin aradan qaldırılması üçündür. Münaqişəni həll etmək üçün bütün məsul ölkələr səfərbər olmalıdır”.

Türkiyəli diplomat həmçinin, ABŞ və Donald Trampın atəşkəsin əldə olunmasında mühüm rol oynaya biləcəyini vurğulayıb.

Onun sözlərinə görə, Türkiyə vasitəçilik adlandırıla biləcək bir çox diplomatik funksiyaları yerinə yetirmək imkanına malikdir.

Seçilən
101
50
operativmedia.az

10Mənbələr