AZ

"Çelsi" 22 yaşlı Delap üçün 30 milyon funt-sterlinq ödəməyə hazırdır

"Çelsi" hücumçu Liam Delapın tibbi müayinəsi ilə bağlı İpsviç ilə razılığa gəlib.

Operativ Media xəbər verir ki, bu haqda insayder Fabrizio Romano məlumat yayıb.

Mənbənin sözlərinə görə, tərəflər müqavilənin şəxsi şərtlərini razılaşdırıblar. "Çelsi" futbolçunun müqaviləsində nəzərdə tutulan 30 milyon funt-sterlinqi sərbəst qalma maddəsi kimi ödəməyə hazırdır.

Qeyd olunur ki, Delap artıq həlledici rol oynayan "mavilər"in baş məşqçisi Enzo Mareska ilə danışıb.

Delap 2024/25 mövsümündə bütün turnirlərdə 40 oyun keçirib, 12 qol vurub və 2 məhsuldar ötürmə edib.

Seçilən
20
50
operativmedia.az

10Mənbələr