AZ

Azərbaycan millilərinin Avropa kubokunun seçmə mərhələsi üçün heyəti açıqlandı

Basketbolun 3×3 növü üzrə Azərbaycan millilərinin Avropa kubokunun seçmə mərhələsi üçün heyəti bəlli olub.

Operativ Media xəbər verir ki, Kosovoda keçiriləcək turnirdə kişi və qadınlardan ibarət yığmalarımızın hərəsində 4 basketbolçu yer alacaq.

Qadınlardan ibarət millimiz B qrupunda Kosovo ilə qarşılaşacaq. Yığmanın heyətində Aleksandra Mollenhauer, Dina Ulyanova, Arika Karter və Brianna Frezer çıxış edəcək.

Kişilərdən ibarət millimiz B qrupunda Malta və Kosovo ilə görüşəcək. Heyətdə Orxan Aydın, Amil Həmzəyev, Nəzər Quliyev və Kamran Məmmədov yer alıb.

Seçmə mərhələnin oyunları iyunun 7-8-də keçiriləcək.

Seçilən
4
50
operativmedia.az

10Mənbələr