Türkiye İsrailin mühasirəsi altında olan Qəzzaya yardımlarını davam etdirir.
Xərçəng xəstələrini və vəziyyəti ağır olan bəzi qəzzalıları müalicə üçün təyyarələrlə ölkəyə gətirən Türkiye yaralı uşaqlar üçün də hərəkətə keçdi.
Səhiyyə Nazirliyi Qəzzadan Misirin Əl Ariş hava limanına aparılan 3 yaralı uşağı da təcili yardım təyyarəsi ilə Türkiyeyə gətirib.
Yaralı uşaqları Esenboğa hava limanında səhiyyə naziri Fəxrəddin Koca qarşılayıb.Yaralı uşaqlar təcili tibbi yardım maşınları ilə xəstəxanaya aparılacaq.
Fəxrəddin Koca hava limanında verdiyi açıqlamada yaralanan uşaqlardan birinin 2 yaşlı oğlan, digərlərinin isə 9 və 10 yaşlı qız olduğunu bildirib.
F.Koca yaralı uşaqların Etlik Şəhər Xəstəxanasında müalicə olunacağını söyləyib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta