AZ

Qəzzadan yaralıları gətirmək üçün Türkiyədən hərbi təyyarə göndərildi

Türkiyənin Milli Müdafiə Nazirliyi Türkiyədə müalicə alacaq Qəzzalı xəstələri gətirmək üçün Misirə hərbi təyyarənin göndərildiyini açıqlayıb.




Sitat.info xəbər verir ki, Nazirliyin sosial media hesabında bu barədə qeyd olunub.




Səhiyyə Nazirliyinin müraciəti ilə Türkiyədə müalicə olunacaq Qəzzalı xəstələrin təxliyyəsi üçün Hərbi Hava Qüvvələrinə məxsus A400M təyyarəsi təyin edilib. Kayseridən havaya qalxaraq Misirə gedən təyyarədə 10 tibb işçisi var.
Səhiyyə naziri Fahrettin Koca dünən Qəzzadan Misirə köçürülən 61 xəstə və 49 xəstə baxıcısının müalicələrinin davam etdirilməsi üçün Ankaraya gətiriləcəyini açıqlayıb.
Məğrur,
Sitat.info

Seçilən
372
16
sitat.info

10Mənbələr