Türkiyənin səhiyyə naziri Fahrettin Koca Qəzzadan Misirə 61 xəstə və 49 həyat yoldaşının köçürüldüyünü, onların səhər saatlarında təyyarə ilə Ankaraya gətirilməsinin planlaşdırıldığını bildirib.
Aztibb.az-ın medimagazin.com.tr-yə istinadla xəbərinə görə, nazir bu barədə sosial media hesabında paylaşım edib.
O, Əl-Arişdəki xəstəxanada gecələyəcək xəstələrin səhər saatlarında təyyarə ilə Ankaraya gətirilməsinin planlaşdırıldığını qeyd edib: "Qəzzadan gələn hər bir xəstənin müalicəsi insanlığın yaralı vicdanı qarşısında borcumuzdur".