Bakı, 27 may, AZƏRTAC
Bu gün Slovakiyanın paytaxtı Bratislavada minifutbol üzrə Avropa çempionatına start veriləcək.
AZƏRTAC xəbər verir ki, Azərbaycan millisinin də mübarizə apardığı turnirin ilk günündə 9 oyun təşkil ediləcək.
Ən maraqlı görüşlərdən biri C qrupunda Türkiyə və Serbiya yığmaları arasında olacaq.
Azərbaycan millisi isə yarışa mayın 28-də start verəcək. Rəqib Avstriya seçməsidir.
Komandamızın F qrupundakı digər rəqibləri Fransa və İtaliya kollektivləridir.