AZ

Bu gün minifutbol üzrə Avropa çempionatına start verilir

Bu gün Slovakiyanın paytaxtı Bratislavada minifutbol üzrə Avropa çempionatına start veriləcək.

"Cebheinfo.az" xəbər verir ki, Azərbaycan millisinin də mübarizə apardığı turnirin ilk günündə 9 oyun təşkil ediləcək.

Ən maraqlı görüşlərdən biri C qrupunda Türkiyə və Serbiya yığmaları arasında olacaq. 

Azərbaycan millisi isə yarışa mayın 28-də start verəcək. Rəqib Avstriya seçməsidir.

Komandamızın F qrupundakı digər rəqibləri Fransa və İtaliya kollektivləridir.

"Cebheinfo.az"

Seçilən
21
5
cebheinfo.az

6Mənbələr