RU

Anton Krivotsyuk üçün növbəti 90 dəqiqə və 1 xal

Futbol üzrə Azərbaycan millisinin müdafiəçisi Anton Krivotsyuk Cənubi Koreyanın “Daejeon Hana Sitizen” komandasında növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, futbolçumuzun komandası ölkə çempionatının (K Liqa 1) 12-ci turu çərçivəsində “Qanqvon”la qarşılaşıb.

“Daejeon Hana Sitizen” bu rəqiblə səfərdə üz-üzə gəlib. Futbolçumuzun komandası meydandan heç-heçə ilə ayrılıb – 3:3.

Anton bu görüşə start heyətdə başlayıb və sonadək mübarizə aparıb.

“Daejeon Hana Sitizen” 12 turdan sonra topladığı 11 xalla 12 iştirakçı arasında 10-cu pillədə qərarlaşıb. Komanda 12 oyunda 2 qələbə qazanıb, 5 heç-heç edib, 5 məğlubiyyətə üzülüb.

Xatırladaq ki, Anton Krivotsyuk Cənubi Koreya klubuna 2023-cü ilin fevral ayında Polşanın “Visla” (Plotsk) komandasından 600 min avro qarşılığında transfer olunub. O, bu komandanın heyətində 42 oyuna çıxıb, 2 qol, 1 məhsuldar ötürmə müəllifi olub.

Anton daha öncə Azərbaycanda “Neftçi”nin uğurları üçün çalışıb. Mərkəz müdafiəçisi Azərbaycan yığma komandasında da 35 matça çıxıb, 1 qola imza atıb.

Избранный
467
5
arena.az

10Источники