AZ

Anton Krivotsyukun komandası onun yoxluğunda qalib gəldi

Azərbaycan millisinin müdafiəçisi Anton Krivotsyukun forma geyindiyi “Daejeon Hana Sitizen” komandası növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, sözügedən kollektiv Cənubi Koreya çempionatının (K Liqa 1) 2024 mövsümünün 16-cı turu çərçivəsində bu gün “Daequ” ilə qarşılaşıb.

Krivotsyukun komandası doğma meydanda baş tutan bu görüşdə qələbəyə sevinib – 1:0.

Anton bu görüşün iştirakçısı olmayıb. Buna millimizin üzvünün 2 tur öncə qırmızı vərəqə almaqla cəzalı duruma düşməsi səbəb olub.

“Daejeon Hana Sitizen” 16 turdan sonra topladığı 14 xalla 12 iştirakçı arasında sonuncu pillədə qərarlaşıb. Komanda 16 oyunda 3 qələbə qazanıb, 5 heç-heç edib, 8 məğlubiyyətə üzülüb.

Xatırladaq ki, Anton Krivotsyuk Cənubi Koreya klubuna 2023-cü ilin fevral ayında Polşanın “Visla” (Plotsk) komandasından 600 min avro qarşılığında transfer olunub. O, bu komandanın heyətində 44 oyuna çıxıb, 2 qol, 1 məhsuldar ötürmə müəllifi olub.

Anton daha öncə Azərbaycanda “Neftçi”nin uğurları üçün çalışıb. Mərkəz müdafiəçisi Azərbaycan yığma komandasında da 35 matça çıxıb, 1 qola imza atıb.

Seçilən
312
2
arena.az

10Mənbələr