RU

Ötən il Azərbaycanın ümumi ixracı 34 milyard dollara yaxın olub

Bakı. Trend:

2023-cü ilin yanvar-dekabr ayları ərzində Azərbaycanın ümumiixracı 33,9 milyard dollar, qeyri-neft sektoru üzrə ixrac isə2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 9,8 faiz artaraq 3,3milyard dollar təşkil edib.

Trend İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzininhazırladığı “İxrac icmalı”nın yanvar sayına istinadən xəbər verirki, ötən ilin yanvar-dekabr ayları ərzində yeyinti məhsulları üzrəixrac 928,2 milyon dollara bərabər olub.

Həmin dövr ərzində elektrik enerjisinin ixracı 3,3 dəfə, spirtlivə spirtsiz içkilərin ixracı 1,9 dəfə, plastmas və ondan hazırlananməmulatların ixracı 19,3 faiz, qara metallardan məmulatların ixracı13,3 faiz, meyvə-tərəvəz ixracı isə 8,7 faiz artıb.

Ötən il ərzində aqrar və aqrar-sənaye məhsulları üzrə birgəixracın statistik dəyəri 6,2 faiz artaraq 969,2 milyon dollartəşkil edib. Qeyri-neft-qaz ixracının tərkib hissəsində əhəmiyyətliyer tutan aqrar-sənaye məhsullarının yaratdığı dəyər ötən ilinmüvafiq dövrü ilə müqayisədə 3,2 faiz artaraq 201 milyon dollartəşkil edib.

Ötən ilin dekabr ayının qeyri-neft ixracı 3,8 faiz artaraq 314,3milyon dollar olub. Yeyinti məhsulları üzrə ixrac isə 0,9 faizartımla 106,6 milyon dollar, qeyri-yeyinti məhsulları üzrə ixracisə 5,4 faiz artımla 207,7 milyon dollar təşkil edib.

Məqalədə:
Избранный
256
11
az.trend.az

10Источники