AZ

Azərbaycanın ötən il ümumi ixracı 34 mlrd. dollar təşkil edib

Ötən ilin yanvar-dekabr ayları ərzində Azərbaycanın ümumi ixracı 33,9 mlrd. ABŞ dolları, qeyri-neft sektoru üzrə ixrac isə 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 9,8% artaraq 3,3 mlrd. ABŞ dolları təşkil edib.

Bu barədə “APA-Economics” İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin hazırladığı “İxrac icmalı”na istinadən xəbər verir

Məlumata görə, 2023-cü ilin yanvar-dekabr ayları ərzində yeyinti məhsulları üzrə ixrac 928,2 milyon ABŞ dollarına bərabər olub.

Seçilən
216
4
apa.az

10Mənbələr