RU

Bayram günlərində yüzlərlə şəxs xəstəxanaya aparılıb

Modern.az saytından alınan məlumata görə, ain.az bildirir.

Bayramla əlaqədar qeyri-iş günlərində (27-31 may) Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi gücləndirilmiş iş rejimində fəaliyyət göstərib.

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Bakı şəhəri üzrə təcili tibbi yardım xidmətinə 27-31 mayda 9592 çağırış daxil olub.

Qeyd olunub ki, bu çağırışlardan 899 nəfər müxtəlif tibb müəssisələrinə hospitalizasiya olunub, digərlərinə isə yerində zəruri yardım göstərilib.

Bakı şəhəri üzrə ən çox müraciət mayın 28-də qeydə alınıb. Belə ki, müraciət sayı 2061, hospitalizasiya olunanların sayı 190 nəfər təşkil edib.

Çağırış səbəbləri, əsasən, arterial təzyiqin yüksəlməsi, müxtəlif növ travmalar, dispeptik əlamətlər, kardioloji və respirator xəstəliklər və s. ilə bağlı olub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
2
8
modern.az

10Источники