AZ

Bayram günlərində təcili tibbi yardıma neçə nəfər müraciət edib?

"Bayramla əlaqədar qeyri-iş günlərində təcili tibbi yardım xidmətinə 9 mindən çox müraciət daxil olub".

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi yayıb.

Qeyd olunub ki, Mərkəz gücləndirilmiş iş rejimində fəaliyyət göstərib:
 

"Bakı şəhəri üzrə təcili tibbi yardım xidmətinə 27.05.2026 - 31.05.2026-cı il tarixlərində 9 592 çağırış daxil olub. Bu çağırışlar üzrə 899 nəfər müxtəlif tibb müəssisələrinə hospitalizasiya olunub, digərlərinə isə yerində zəruri yardım göstərilib.


Bakı şəhəri üzrə ən çox müraciət 28 may 2026-cı il tarixində qeydə alınıb. Belə ki, müraciət sayı 2 061, hospitalizasiya olunanların sayı 190 nəfər təşkil edib. Çağırış səbəbləri əsasən, arterial təzyiqin yüksəlməsi, müxtəlif növ travmalar, dispeptik əlamətlər, kardioloji və respirator xəstəliklər və s. ilə bağlı olub". (Oxu.az)

Bizim.Media

Seçilən
13
2
bizim.media

10Mənbələr