Milli.az saytına istinadən ain.az xəbər verir.
"Bayramla əlaqədar qeyri-iş günlərində təcili tibbi yardım xidmətinə 9 mindən çox müraciət daxil olub".
Milli.Az xəbər verir ki, bu barədə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən məlumat verilib.
Qeyd olunub ki, Mərkəz gücləndirilmiş iş rejimində fəaliyyət göstərib:
"Bakı şəhəri üzrə təcili tibbi yardım xidmətinə 27.05.2026 - 31.05.2026-cı il tarixlərində 9 592 çağırış daxil olub. Bu çağırışlar üzrə 899 nəfər müxtəlif tibb müəssisələrinə hospitalizasiya olunub, digərlərinə isə yerində zəruri yardım göstərilib.
Bakı şəhəri üzrə ən çox müraciət 28 may 2026-cı il tarixində qeydə alınıb. Belə ki, müraciət sayı 2 061, hospitalizasiya olunanların sayı 190 nəfər təşkil edib. Çağırış səbəbləri əsasən, arterial təzyiqin yüksəlməsi, müxtəlif növ travmalar, dispeptik əlamətlər, kardioloji və respirator xəstəliklər və s. ilə bağlı olub".
Asya
Milli.Az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.