RU

"İstəyirəm ki, məni həzm edə bilməyib "ÇEYNƏSİNLƏR"

Əməkdar artist Elza Seyidcahan maraqlı açıqlaması ilə yenidən gündəmə gəlib.
 
Moderator.az xəbər verir ki, müğənninin səsləndirdiyi fikirlər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Seyidcahan bildirib ki, onun tam başa düşülməsi yaradıcılığının tükənməsi anlamına gəlir:
 
"Məni kimsə tam başa düşsə, deməli məni həzm edib. Mən istəyirəm ki, insanlarda həmişə maraq doğurum. "Məni kimsə başa düşsə, o zaman tükənərəm. Demək ki, məni anladı, həzm etdi. İstəyirəm ki, məni həzm edə bilməyib çeynəsinlər. Məni başa düşməyənlərə təşəkkür edirəm, bir az da çox olsunlar. Onlar məni daha çox axtaracaqlar. Məni nə qədər başa düşməyən olsa, bir o qədər çox yaşayacağam, məni araşdıracaqlar".
 
Sənətçi onu anlamayan insanlara təşəkkür etdiyini də vurğulayıb. Onun sözlərinə görə, məhz anlaşılmazlıq insanlarda maraq yaradır və bu da sənətçinin daha uzun müddət yadda qalmasına səbəb olur.
 
Bəstəkarın bu sözləri sosial mediada birmənalı qarşılanmayıb. Bəzi izləyicilər onun fərqli düşüncə tərzini maraqlı hesab ediblər, digərləri isə açıqlamanı qeyri-adi və iddialı adlandırıblar. /milli.az/
 
Избранный
22
40
moderator.az

10Источники