AZ

Şakira etiraf etdi: Həyatımda sevgiyə yer yoxdur

Bizim media portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Dünya şöhrətli kolumbiyalı ulduz Şakira, keçmiş futbolçu Jerar Pike ilə səs-küylü ayrılığından sonra ilk dəfə şəxsi həyatı barədə tam səmimi açıqlamalar verib.Bizim.Media xəbər verir ki, müğənni hazırda həyatında yeni münasibətlər üçün nə vaxtının, nə də emosional enerjisinin qaldığını bildirib.

 

49 yaşlı superulduzun Jerar Pike ilə 11 illik münasibətindən iki oğlu — Saşa və Milan böyüyür. Cütlük 2022-ci ilin iyununda rəsmən ayrıldıqlarını elan etmişdi. Həmin dövrdə media futbolçunun xəyanəti barədə xəbərlərlə çalxalanırdı, Şakira isə öz mahnılarında bu ağrılı ayrılığa tez-tez eyhamlar vururdu.

"The Times" qəzetinə müsahibə verən pop ulduz hazırda diqqətini yalnız övladlarına və karyerasına yönəltdiyini qeyd edib:"Hazırda roman yaşamaq fikrində deyiləm. Həyatımda buna nə yer, nə də zaman var. Onsuz da öhdəliklərim başımdan aşır. Övladlarım mənim mütləq prioritetimdir. Bir də karyeram. Qəribə də olsa, hazırda işimə həmişəkindən daha çox aşiqəm. Üstəlik, özümlə tək qalmaqdan da zövq alıram".Xatırladaq ki, Jerar Pike ayrılıqdan qısa müddət sonra Klara Çia ilə münasibətə başlayıb və artıq təxminən üç ildir ki, onunla birlikdədir. Şakira isə musiqiyə, ailəsinə və daxili tarazlığını bərpa etməyə üstünlük verib.Müğənni müsahibəsində ailəsinin dağılması ilə eyni vaxta təsadüf edən atasının ağır xəstəliyindən də danışıb. Atası Uilyamın yıxılaraq xəstəxanaya yerləşdirilməsi Şakira üçün ikiqat zərbə olub:"Həmişə qoruyub saxlamaq istədiyim ailəmin dağılmasını izləyirdim. Böyük bir ağrıdan keçməli oldum. Amma bəlkə də məhz bu əzablar məni daha müdrik, ya da ən azı daha güclü etdi. Deyirlər, bizi öldürməyən şey daha güclü edir — bu, tamamilə həqiqətdir. İnsanın dözümlülük potensialını kəşf etməsi heyrətamizdir. Bəzən nə qədər güclü olduğumuzu ancaq çətinliklərdən keçəndə anlayırıq", — deyə sənətçi vurğulayıb.Şakira əlavə edib ki, yaşadığı bu çətin günlər ona sadiq dostların və yaxınların dəstəyini daha dərindən qiymətləndirməyi öyrədib.Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
18
1
bizim.media

10Mənbələr