RU

Nənə öldü, nəvənin vəziyyəti ağırdır -

Zərdabda nənə və nəvə dəm qazından zəhərlənib.

Metbuat.az-ın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə rayonun Şahhüseynli kəndində qeydə alınıb. Kənd sakini, 1932-ci il təvəllüdlü Güldəstə Ağalarova və nəvəsi, 1987-ci il təvəllüdlü Ramin Ağalarov yaşadıqları ünvanda dəm qazından zəhərləniblər. G.Ağalarova hadisə yerindəcə ölüb, R. Ağalarov isə dərhal xəstəxanaya yerləşdirilib. Zərdab Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub. Dəm qazının toksiki təsirindən zəhərlənmə diaqnozu təyin edilən şəxsə zəruri tibbi xidmətlər göstərilib və hazırda müalicəsi davam etdirilir.

Vəziyyəti orta ağır olaraq qiymətləndirilir.

Fakt araşdırılır.

Davud Tarverdiyev / Metbuat.az


Избранный
3
5
metbuat.az

9Источники