Zərdabda evdə nənə və nəvə dəm qazından zəhərlənib.
Heftelik.az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün rayonun Şahhüseynli kəndində qeydə alınıb.
Kənd sakini, 1932-ci il təvəllüdlü Güldəstə Ağalarova və nəvəsi, 1987-ci il təvəllüdlü Ramin Ağalarov yaşadıqları ünvanda dəm qazından zəhərləniblər. G. Ağalarova ölüb, R. Ağalarov isə xəstəxanaya yerləşdirilib.
TƏBİB-dən bildirilib ki, mayın 25-də saat 10:30 radələrində zəhərlənmə şübhəsilə 1987-ci il təvəllüdlü 1 nəfər (kişi) Zərdab Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub. Dəm qazının toksiki təsirindən zəhərlənmə diaqnozu təyin edilən şəxsə zəruri tibbi xidmətlər göstərilib və hazırda müalicəsi davam etdirilir. Vəziyyəti orta ağır qiymətləndirilir.