RU

Bu əlamət qaraciyər xərçəngi riskiniARTIRIR

National University of Singapore alimləri müəyyən ediblər ki, qaraciyərin piylənməsi ilə əlaqəli genetik dəyişikliklər qarın nahiyəsində artıq piylənmə ilə birlikdə olduqda qaraciyər xərçəngi riskini ciddi şəkildə artırır.

Redaktor.az xəbər verir ki, araşdırmanın nəticələri "Alimentary Pharmacology and Therapeutics" jurnalında dərc olunub.

Tədqiqat göstərib ki, qaraciyərin yağlanmasına genetik meyillilik təkbaşına təsir göstərmir. Bu risk diabet, piylənmə və digər metabolik pozuntular olduqda daha da güclənir. Belə hallarda qaraciyərin ilkin xərçəng növlərindən biri hesab olunan hepatosellülyar karsinomanın yaranma ehtimalı əhəmiyyətli dərəcədə artır.

Alimlərin sözlərinə görə, xüsusilə qarın nahiyəsində daxili piylənməsi, yəni “pivə qarnı” olan kişilərdə risk daha yüksəkdir. Araşdırmaya əsasən, bu şəxslərdə qaraciyər xərçənginin yaranma ehtimalı 9 dəfəyədək arta bilər.

Qeyd olunur ki, visseral piy daxili orqanların, o cümlədən qaraciyərin ətrafında toplanır və metabolik problemləri daha da gücləndirir.

Tədqiqat Sinqapurda təxminən 25 min nəfərin iştirak etdiyi genişmiqyaslı sağlamlıq araşdırmasının məlumatları əsasında aparılıb. Bu, Asiyada genetika və metabolik faktorların qaraciyər xərçəngi ilə əlaqəsini araşdıran ən böyük tədqiqatlardan biri hesab olunur.

Mütəxəssislər bildiriblər ki, qaraciyər xərçəngi erkən mərhələlərdə əksər hallarda simptomsuz keçir və gec aşkarlanır. Buna görə də risk qiymətləndirilərkən həm genetik, həm də klinik faktorların — diabet, piylənmə və xolesterin səviyyəsinin birlikdə nəzərə alınması vacib sayılır.

NURİYYƏ

Избранный
28
2
redaktor.az

10Источники