Demokrat.az xəbər verir ki, “Neurology” jurnalında dərc olunan araşdırmaya əsasən, aura ilə müşahidə olunan miqren işemik insult riskini əhəmiyyətli dərəcədə artırır.
Aura miqrendən əvvəl yaranan görmə və hissiyyat pozuntularıdır. Bunlara işıq parıltıları, bulanıq ləkələr və göz önündə ziqzaq xətlərin görünməsi daxildir.
Araşdırma zamanı orta yaşı 72 olan və əvvəllər insult keçirməmiş 11,3 min insanın məlumatları analiz edilib. Altı illik müşahidə dövründə:
miqreni olmayanların 3 faizində,
miqreni olanların 4 faizində,
aura ilə miqren yaşayanların isə 5 faizində insult qeydə alınıb.
Alimlər yaş, diabet, yüksək təzyiq və digər risk faktorlarını nəzərə aldıqdan sonra müəyyən ediblər ki, məhz aura ilə müşahidə olunan miqren insult riskini 73 faiz artırır.
Tədqiqatda həmçinin qeyd olunub ki, 72 yaşdan aşağı kişilərdə miqren insult riskini 3,5 dəfədən çox artırıb. Daha yaşlı insanlarda isə belə əlaqə aşkarlanmayıb.
Mütəxəssislər bildirirlər ki, tez-tez aura ilə müşahidə olunan miqren yaşayan şəxslər mütəmadi tibbi nəzarətdə olmalı və risk faktorlarını vaxtında yoxlatdırmalıdırlar.
İsmayıl
Demokrat.az
10Mənbələr
-
demokrat.azBu əlamət insultun xəbərçisidir ( 29033755)
-
demokrat.azBu əlamət insultun xəbərçisidir ( 29033752)
-
bizim.mediaQidalardakı bu maddələr ürək xəstəlikləri riskini artıra bilər ( 29015878)
-
bizim.mediaQidalardakı bu maddələr ürək xəstəlikləri riskini artıra bilər ( 29015869)
-
yeniavaz.comSuçiçəyi nədir və nə qədər təhlükəlidir? ( 29002633)
-
yeniavaz.comSuçiçəyi nədir və nə qədər təhlükəlidir? ( 29002630)
-
azreform.infoSəhərlər gözdə problem insultdan xəbər verə bilər ( 28960921)
-
olke.azSəhərlər gözdə problem insultdan xəbər verə bilər ( 28960318)
-
icma.azSəhərlər gözdə problem insultdan xəbər verə bilər ( 28950961)
-
medicina.azSəhərlər gözdə problem insultdan xəbər verə bilər ( 28950283)