Mayın 22-si saat 11:00-a olan faktiki hava açıqlanıb.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, ölkə ərazisinin əksər yerlərində yağıntılı hava şəraiti davam edir. Ayrı-ayrı yerlərdə yağıntılar intensiv və güclüdür. Şahdağda isə qar yağıb.
Qar örtüyünün hündürlüyü Şahdağda 1 sm-dir.