AZ

Əksər yerlərdə yağıntılı hava şəraiti davam edir FAKTİKİ HAVA

ain.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 22 may, AZƏRTAC

Mayın 22-si saat 11:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, ölkə ərazisinin əksər yerlərində yağıntılı hava şəraiti davam edir. Ayrı-ayrı yerlərdə yağıntılar intensiv və güclüdür.

Şahdağda qar yağıb və qar örtüyünün hündürlüyü 1 santimetrdir.

Düşən yağıntının miqdarı Qaxda (Sarıbaş) 47, Zaqatalada 41, Qusarda (Laza) 35, Şəkidə (Kişçay) 27, Daşkəsəndə 21, Balakəndə 17, Oğuzda 16, Şahdağda 15, Gədəbəydə 14, İsmayıllı, Naftalanda 10, Sədərəkdə 9, Biləsuvar, Qəbələdə 8, Lerik, Qrız, Ağsu, Gəncə, Göygöldə 7, Bərdə, Mingəçevir, Naxçıvan, Şərurda 6, Quba, Xınalıq, Yardımlı, Culfa, Şahbuzda 5, Xızı, Sabirabad, Neftçala, Tovuz, Ordubadda 4, Beyləqan, İmişli, Şamaxı, Ağstafada 3, Bakıda və Abşeron yarımadasında, eyni zamanda, Kürdəmirdə 2, Xaltan, Şabran, Xaçmaz, Qobustan, Şəmkir, Tərtər, Yevlax, Göyçay, Zərdab, Lənkəran, Astara, Cəbrayıl, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Xankəndi, Xocalı, Füzulidə 1 millimetrdir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
33
24
azertag.az

10Mənbələr