Mayın 22-si saat 11:00-a olan faktiki hava açıqlanıb.
aia.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin mayın 22-si saat 11:00-a olan məlumatına əsasən ölkə ərazisinin əksər yerlərində yağıntılı hava şəraiti davam edir. Ayrı-ayrı yerlərdə yağıntılar intensiv və güclüdür. Şahdağda isə qar yağıb.