RU

Nazirlik doktoranturaya qəbul elan edir!

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “2026-cı il üçün doktorant hazırlığı üzrə Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə, elmi müəssisə və təşkilatlarına qəbul”un təsdiq edilməsi haqqında 14 may 2026-cı il tarixli, 320s nömrəli Sərəncamına əsasən fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul elan edilib.

Bu barədə Bakıvaxtı.az-a nazirlikdən məlumat verilib.

Qəbul aşağıdakı ixtisaslar üzrə aparılacaq:

 

İxtisasın şifri

 

Elm sahələri və ixtisaslar

 

 

Cəmi

 

Büdcə

hesabına

əyani

qiyabi

5611.01

Cinayət hüququ və kriminologiya; cəza-icra hüququ

 

4

-

4

5612.01

Cinayət prosesi, kriminalistika və məhkəmə

ekspertizası; əməliyyat-axtarış fəaliyyəti

 

4

-

4

 

Doktoranturaya sənəd qəbulu 2026-cı il may ayının 19-dan iyun ayının 9-dək Elm və Təhsil Nazirliyinin portal.edu.az sistemi üzərindən aparılacaq. Sənədlər sistemə müvəffəqiyyətlə yerləşdirildikdən sonra iddiaçılar nəzərdə tutulan elmi rəhbərləri ilə müsahibədən keçməlidirlər. 

Doktoranturaya qəbul olmaq istəyənlər xarici dildən (rus dili istisna olmaqla), fəlsəfədən və ixtisas fənnindən ali təhsil pilləsinin magistratura səviyyəsi üçün qüvvədə olan tədris proqramları həcmində qəbul imtahanları verirlər.

Qəbul komissiyası müsahibənin nəticələri və təqdim olunmuş sənədlər əsasında namizədlərin qəbul imtahanlarına (xarici dil, fəlsəfə, ixtisas fənni üzrə) buraxılması haqqında qərar qəbul edir.
Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən Azərbaycan Respublikasının vətəndaşları sənəd verə bilərlər. 

Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul üçün aşağıdakı sənədlər təqdim edilir:

- ərizə (Məhkəmə Ekspertizası Mərkəzinin rəisinin adına);
- kadrlar uçotunun şəxsi vərəqəsi;
- tərcümeyi-hal;
- 2 ədəd fotoşəkil (3x4 sm ölçüdə);
- iş yerindən xasiyyətnamə;
- iş stajı olanlar üçün əmək kitabçasından çıxarış;
- çap olunmuş elmi işlərin siyahısı (surətləri əlavə edilməklə) və ya seçilmiş ixtisasa aid mövzu üzrə referat;
- xarici dil üzrə qüvvədə olan beynəlxalq dil sertifikatı (IELTS, TOEFL, TestDaF, DELF, DALF, STANAG – əgər varsa);
- ali təhsil haqqında diplomların (diplomun) və qiymət cədvəllərinin notarial qaydada təsdiq olunmuş surətləri (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərin tanınması barədə şəhadətnamə);
- şəxsiyyəti təsdiq edən sənədin surəti.

Doktoranturaya sənədlərin qəbulu 9 iyun tarixinədək iş günləri ərzində saat 10:00-dan 17:00-dək Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzində qəbul ediləcək.

Əlavə məlumat üçün Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin Elmi-metodiki iş və təlim idarəsinə müraciət etmək olar.

Ünvan: AZ1000, Bakı şəhəri, Xaqani küçəsi 24.
Əlaqə vasitələri: (012) 498-05-43; (012) 498-72-32
Elektron ünvanlar: [email protected][email protected]

Избранный
23
6
bakivaxti.az

8Источники