Bakı-Tbilisi-Bakı sərnişin qatarına biletlərin minimum və maksimum qiymətləri açıqlanıb.
Bu barədə “Yeni Sabah”a “Azərbaycan Dəmir Yolları” QSC-dən məlumat verilib.
Vaqonlar 3 qrupa bölünüb: komfort, komfort+ və lüks. Marqarita pizza
Komfort sinfində Bakıdan Tbilisiyə qədər biletin qiyməti 81 manat müəyyənləşdirilib.
Komfort+-da bir biletin qiyməti 117 manatdır. Lüksda isə biletin qiyməti 180 manat təşkil edir.
Bakı-Tbilisi-Bakı marşrutu üzrə MİNİMAL TARİFLƏR (ADY)
Lüks Vaqon üzrə Qiymətlər:
Bakı - Tbilisi: 180
Yevlax - Tbilisi: 144
Gəncə - Tbilisi: 132
Ağstafa - Tbilisi: 120
Böyük Kəsik - Qardabani: 102
(iki nəfərlik lüks kupe və şəxsi duş/sanitar qovşağı)
Komfort+ Vaqon üzrə Qiymətlər:
Bakı - Tbilisi: 117
Yevlax - Tbilisi: 94
Gəncə - Tbilisi: 86
Ağstafa - Tbilisi: 78
Böyük Kəsik - Qardabani: 68
(rahat kupe oturacaqları, çarpayılar və vaqonun duş bölməsi )
Komfort Vaqon üzrə Qiymətlər:
Bakı - Tbilisi: 81
Yevlax - Tbilisi: 67
Gəncə - Tbilisi: 62
Ağstafa - Tbilisi: 57
Böyük Kəsik - Qardabani: 51
Telegram kanalımız