AZ

Bakı-Tbilisi qatarına biletlər 81 manatdan 180 manata qədər dəyişir – TARİFLƏR

Bakı-Tbilisi-Bakı sərnişin qatarına biletlərin minimum və maksimum qiymətləri açıqlanıb.

Bu barədə KONKRET.az-a “Azərbaycan Dəmir Yolları” QSC-dən məlumat verilib.

Vaqonlar 3 qrupa bölünüb: komfort, komfort+ və lüks.

Komfort sinfində Bakıdan Tbilisiyə qədər biletin qiyməti 81 manat müəyyənləşdirilib.

Komfort+-da bir biletin qiyməti 117 manatdır. Lüksda isə biletin qiyməti 180 manat təşkil edir.

Komfort vaqon üzrə qiymətlər:

Bakı-Tbilisi: 81

Yevlax-Tbilisi: 67

Gəncə-Tbilisi: 62

Ağstafa-Tbilisi: 57

Böyük Kəsik-Qardabani: 51

Komfort+ vaqon üzrə qiymətlər:

Bakı-Tbilisi: 117

Yevlax-Tbilisi: 94

Gəncə-Tbilisi: 86

Ağstafa-Tbilisi: 78

Böyük Kəsik-Qardabani: 68

Bu vaqonlarda rahat kupe oturacaqları, çarpayılar və vaqonun duş bölməsi mövcuddur.

Lüks vaqon üzrə qiymətlər:

Bakı-Tbilisi: 180

Yevlax-Tbilisi: 144

Gəncə-Tbilisi: 132

Ağstafa-Tbilisi: 120

Böyük Kəsik – Qardabani: 102

İki nəfərlik lüks kupe və şəxsi duş/sanitar qovşağı var.

Seçilən
29
8
konkret.az

10Mənbələr