RU

İdarə rəisi: Bakının 2040-cı ilə qədər şəhərsalma planı yeni reallıqlara cavab verəcək

Bakının 2040-cı ilə qədər şəhərsalma planı yeni reallıqlara, iqlim dəyişikliklərinə cavab verəcək...

Poliqon xəbər verir ki, bunu WUF13 çərçivəsində keçirilən Bakı şəhərinin Baş Planına həsr olunmuş tədbirdə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi Riad Qasımov deyib.

O bildirib ki, Prezidentin rəhbərliyi altında şəhərsalma və arxitektura Azərbaycan üçün ən əhəmiyyətli vəzifələrdən biridir: “BMT-yə görə dünya əhalisinin 60%-i 2050-ci ilə qədər şəhərlərdə yaşayacaq. Ona görə müasir şəhərsalma planlaması ətraflı, insanyönümlü, dəqiq olmalıdır. Bakıda artıq uzunmüddətli Baş Plan formalaşıb. Bakının Baş Planı geniş miqyasda nəzərə alınıb. Burada əsas hədəf həyat keyfiyyətinin yüksəldilməsidir. Şəhərin təhlükəsizliyi, insanlar üçün əlçatanlığı əsas götürülüb”.

O qeyd edib ki, Baş Planda ətraf mühitə təsirlərin azaldılmasına diqqət verilib: "Qlobal iqlim hədəflərinə çatmaq üçün çalışırıq. Bununla bağlı BMT sistemində ətraflı müzakirələr aparırıq”.

Poliqon.info

Избранный
18
12
poliqon.info

10Источники