AZ

Bakının Baş Planında əsas məsələ tıxacın azaldılmasıdır

"Bakının Baş Planında əsas məsələ tıxacın azaldılmasıdır”.

Aznews.az xəbər verir ki, bunu WUF13 çərçivəsində keçirilən Bakı şəhərinin Baş Planına həsr olunmuş tədbirdə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi Riad Qasımov deyib.

O bildirib ki, məqsəd dayanıqlı şəhərsalma infrastrukturunun qurulmasıdır: “Digər məsələ tarixi və mədəni abidələrin qorunmasıdır. Bizim üçün prioritet inteqrasiya olunmuş və səmərəli mobillikdir. Müasir şəhər yaxşı əlaqələndirilmiş və davamlı nəqliyyat sistemi olmadan effektiv fəaliyyət göstərə bilməz. Baş Plan ictimai nəqliyyata, multimodal əlaqəliliyə, tıxacın azaldılmasına və yaşayış, kommersiya və istirahət zonaları arasında daha yaxşı inteqrasiyaya üstünlük verir. Məqsədimiz yalnız mobilliyi yaxşılaşdırmaq deyil, həm də insanların daha az vaxtını yolda keçirdiyi şəhər strukturu yaratmaqdır”.

Seçilən
0
7
aznews.az

10Mənbələr