AZ

Bakının Baş Planında əsas məsələ tıxacın azaldılmasıdır

ain.az, Apa.az portalına istinadən məlumatı açıqlayır.

"Bakının Baş Planında əsas məsələ tıxacın azaldılmasıdır”.

APA xəbər verir ki, bunu WUF13 çərçivəsində keçirilən Bakı şəhərinin Baş Planına həsr olunmuş tədbirdə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi Riad Qasımov deyib.

O bildirib ki, məqsəd dayanıqlı şəhərsalma infrastrukturunun qurulmasıdır: “Digər məsələ tarixi və mədəni abidələrin qorunmasıdır. Bizim üçün prioritet inteqrasiya olunmuş və səmərəli mobillikdir. Müasir şəhər yaxşı əlaqələndirilmiş və davamlı nəqliyyat sistemi olmadan effektiv fəaliyyət göstərə bilməz. Baş Plan ictimai nəqliyyata, multimodal əlaqəliliyə, tıxacın azaldılmasına və yaşayış, kommersiya və istirahət zonaları arasında daha yaxşı inteqrasiyaya üstünlük verir. Məqsədimiz yalnız mobilliyi yaxşılaşdırmaq deyil, həm də insanların daha az vaxtını yolda keçirdiyi şəhər strukturu yaratmaqdır”.

Riad Qasımov tarixi və mədəni kimliyin qorunması sahəsində görülən işlərdən də danışıb: “Bakı əsrlərin tarixini və mədəniyyətlərarası mübadiləni əks etdirən unikal memarlıq və mədəni irsə malik şəhərdir. Şəhəri modernləşdirərkən onun kimliyinin qorunması əsas məsuliyyətlərimizdən biri olaraq qalır. Buna görə Baş Plan müasir şəhər inkişafı ilə irs mühafizəsi arasında harmoniya yaratmağı, tarixi memarlığı qorumaqla yanaşı innovativ və davamlı inkişafı təmin etməyi hədəfləyir”.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
13
7
apa.az

10Mənbələr