RU

Kann Film Festivalında 1 milyonluq saat oğurlandı

Kann Film Festivalı çərçivəsində Fransanın Kann şəhərində yerləşən “Palm Beach Hotel”də baş verən izdiham zamanı “Richard Mille” markalı, dəyəri 700 min - 1 milyon avro arasında qiymətləndirilən lüks qol saatı oğurlanıb.

Publika.az xəbər verir ki, hadisə çərşənbə axşamından çərşənbəyə keçən gecə, təxminən saat 03:00 radələrində hotelin tualet hissəsinə yaxın dəhlizdə qeydə alınıb.

Naməlum şəxs zərərçəkmişi itələyərək diqqətini yayındırıb və həmin an qolundakı bahalı saatı oğurlayıb.

Hazırda hüquq-mühafizə orqanları hadisəni törədən şəxsin müəyyən edilərək saxlanılması istiqamətində araşdırmalar aparır.

Избранный
41
2
publika.az

5Источники