AZ

Kann şəhərindəki hoteldə qiyməti 1 milyon avroya yaxın olan saat oğurlanıb

Fransanın Kann şəhərində yerləşən “Palm Beach” hotelində “Richard Mille” markalı, dəyəri 700 min - 1 milyon avro arasında qiymətləndirilən lüks qol saatı oğurlanıb.

AZƏRTAC xəbər verir ki, bu məlumatı “franceinfo” yayıb. Mənbənin bildirdiyinə görə, hadisə çərşənbə axşamından çərşənbəyə keçən gecə, təxminən saat 03:00 radələrində baş verib. Oğurluq “Palm Beach” hotelinin tualet hissəsinə yaxın dəhlizdə qeydə alınıb.

Məlumata əsasən, naməlum şəxs zərərçəkmişi itələyərək diqqətini yayındırıb və həmin an qolundakı bahalı saatı oğurlayıb.

“Radio France” agentliyinin əlaqə saxladığı Qrass Prokurorluğu oğurluq faktını təsdiqləyib və hadisə ilə bağlı istintaq açıldığını bildirib.

Hazırda hüquq-mühafizə orqanları hadisəni törədən şəxsin müəyyən edilərək saxlanılması istiqamətində araşdırmaları davam etdirir.

Seçilən
0
3
yeniazerbaycan.com

5Mənbələr