RU

Kurtua klub sahibi oldu

ain.az, Milli.az portalına istinadən məlumat verir.

"Real Madrid"in qapıçısı  Tibo Kurtua İspaniyanın "Estremadura" klubunda həmsahib statusu əldə edib.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, belçikalı qolkiper Qonzalo Vila ilə birlikdə NXTPLAY platforması vasitəsilə kluba investisiya yatıraraq klubun səhmdarlarından birinə çevrilib. 2022-ci ildə yaradılan "Estremadura" hazırda İspaniyanın üçüncü divizionunda mübarizə aparır.

Qeyd edək ki, Kurtua 2018-ci ildən "Real Madrid" klubunun formasını geyinir və komandanın əsas qapıçısı kimi çıxış edir.

Hüseyn

Milli.Az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
4
2
news.milli.az

3Источники