AZ

Kurtua klub sahibi oldu

"Real Madrid"in qapıçısı Tibo Kurtua İspaniyanın "Estremadura" klubunda həmsahib statusu əldə edib.

Belçikalı qolkiper Qonzalo Vila ilə birlikdə NXTPLAY platforması vasitəsilə kluba investisiya yatıraraq klubun səhmdarlarından birinə çevrilib. 2022-ci ildə yaradılan "Estremadura" hazırda İspaniyanın üçüncü divizionunda mübarizə aparır.

Qeyd edək ki, Kurtua 2018-ci ildən "Real Madrid" klubunun formasını geyinir və komandanın əsas qapıçısı kimi çıxış edir./milli.az/

Seçilən
1
2
musavat.com

3Mənbələr