RU

​"Real"ın Mourinyodan 3 tələbi bəlli oldu

"Real Madrid" klubunda gələcək baş məşqçi planları ilə bağlı yeni iddia ortaya atılıb. Metbuat.az xəbər verir ki, rəhbərliyin komandanın sükanı arxasına gətirmək istədiyi portuqaliyalı mütəxəssis Joze Mourinyonun qarşısına qoyacağı əsas tələblər bəllidir. Klub rəhbərliyi təcrübəli baş məşqçidən 3 mühüm tapşırığı yerinə yetirməyi tələb edib. İlk növbədə, ondan əzəli rəqib "Barselona"nı qabaqlayaraq La Liqada çempion olmaq tələb olunur. Bununla yanaşı, Avropa səhnəsində yenidən iddialı mövqeyə qayıtmaq istəyən "Kral Klubu" Mourinyonun rəhbərliyi altında UEFA Çempionlar Liqasında ən azı yarımfinal mərhələsinə yüksəlməyi məcburi hədəf kimi müəyyənləşdirib.

Son olaraq isə portuqaliyalı mütəxəssisdən komandadakı daxili atmosferi düzəltmək, ulduz futbolçuların yüksək eqolarını cilovlayaraq paltardəyişmə otağında tam nizam-intizam yaratmaq istənilir. Tərəflər arasında rəsmi müqavilə imzalanacağı təqdirdə, "Xüsusi biri" ləqəbli məşqçinin bu çətin missiyanın öhdəsindən necə gələcəyi maraqla gözlənilir.

Избранный
91
38
metbuat.az

10Источники