Joze Mourinyo ilə “Real Madrid” arasında razılıq əldə olunub. Metbuat.az xəbər verir ki, tanınmış insayder Fabritsio Romano bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib. Məlumata görə, tərəflər arasında 2028-ci ilin yayına qədər nəzərdə tutulan müqavilə ilə bağlı anlaşma əldə olunub. İddialara əsasən, Madrid təmsilçisi Mourinyonun hazırkı klubu “Benfika”ya müqavilənin vaxtından əvvəl pozulmasına görə 6 milyon avro təzminat ödəyəcək. Həmçinin portuqaliyalı mütəxəssisin transfer məsələlərində əsas söz sahibi olacağı irəli sürülür. Qeyd edək ki, Joze Mourinyo 2010-2013-cü illərdə də “Real Madrid”in baş məşqçisi olub.