RU

Gürcüstan və Çin rəsmiləri Orta Dəhlizin potensialı barədə fikir mübadiləsi aparıblar

Tbilisi, 18 may, AZƏRTAC

Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili Çin Kommunist Partiyası Siyasi Bürosunun Daimi Komitəsinin üzvü və Çin Xalq Siyasi Məşvərət Şurasının sədri Van Huninq ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan Parlamentinin mətbuat xidməti məlumat yayıb.

Görüşdə ticarət və iqtisadiyyat, turizm, təhsil, innovasiya və mədəniyyət sahələrində əməkdaşlıq məsələləri diqqət mərkəzində olub.

Söhbət zamanı Çinin "Bir kəmər, bir yol" təşəbbüsü, eləcə də Orta Dəhlizin potensialı barədə fikir mübadiləsi aparılıb.

Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
Избранный
15
3
azertag.az

4Источники