ain.az, Azertag saytına istinadən bildirir.
Tbilisi, 18 may, AZƏRTAC
Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili Çin Kommunist Partiyası Siyasi Bürosunun Daimi Komitəsinin üzvü və Çin Xalq Siyasi Məşvərət Şurasının sədri Van Huninq ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan Parlamentinin mətbuat xidməti məlumat yayıb.
Görüşdə ticarət və iqtisadiyyat, turizm, təhsil, innovasiya və mədəniyyət sahələrində əməkdaşlıq məsələləri diqqət mərkəzində olub.
Söhbət zamanı Çinin "Bir kəmər, bir yol" təşəbbüsü, eləcə də Orta Dəhlizin potensialı barədə fikir mübadiləsi aparılıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.