RU

Super Liqa: 2025/2026-cı illər mövsümünə yekun vuruldu – ARENA.AZ

Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) həm 34-cü tura, həm də 2025/2026-cı illər mövsümünə yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə beş qarşılaşma baş tutub.

Çempion “Qalatasaray” səfərdə “Kasımpaşa”ya məğlub olubsa, “Trabzonspor” “Gənclərbirliyi” ilə ev oyununda darmadağına üzülüb. Altı qolun qeydə alındığı “Fənərbağça” – “Eyüpspor” matçında isə qalib müəyyənləşməyib. “Kayserispor” evdə “Konyaspor”u, “Antalyaspor” “Kocaelispor”u məğlub edib.

Beləliklə, “Qalatasaray” mövsümü 77 xalla zirvədə tamamlayıb. “Fənərbağça” 74 xalla gümüş, “Trabzonspor” 69 xalla bürünc medalçı olub. “Beşiktaş” 60 xalla dördüncü yeri tutub.

“Qalatasaray”la “Fənərbağça” növbəti mövsümdə Türkiyəni UEFA Çempionlar Liqasında təmsil edəcəklər. “Trabzonspor” Avropa Liqasına, “Beşiktaş” Konfrans Liqasına vəsiqə qazanıb.

Son turda qələbə qazanmalarına baxmayarq, 30 xalla son iki pillədə qərarlaşmış “Karagümrük”lə “Kayserispor”, eləcə də 32 xala malik “Antalyaspor” Super Liqanı tərk ediblər.

Türkiyə, Super Liqa
34-cü tur
15 may

Rizəspor – Beşiktaş 2:2
Qollar: Soue 18; 31 – J.Silva, 55. Çernı, 62.

16 may

Karagümrük – Alanyaspor 2:1
Qollar: Larsson, 48; 72-pen – Elia, 32.

Qaziantep – Başakşəhər 1:2
Qollar: Lunqoyi, 59 – Selke, 6. Şomurodov, 22-pen.

Samsunspor – Göztəpə 3:0
Qollar: Kulibali, 36. E.Tavşan, 85. Marius, 89.

17 may

Kayserispor – Konyaspor 2:1
Qollar: Benes, 49. Çalov, 74 – E.Yağmur, 47.

Antalyaspor – Kocaelispor 1:0
Qol: Ballet, 79.

Fənərbağça – Eyüpspor 3:3
Qollar: Fred, 68. K.Aktürkoğlu, 79; 82 – Leqovski, 17. M.Altunbaş, 36. T.Ulvan, 87.

Kasımpaşa – Qalatasaray 1:0
Qol: Benediçak, 27.

Trabzonspor – Gənclərbirliyi 0:3
Qollar: A.Traore, 45. Tonqya, 88. M.Mimaroğlu, 90+3.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Избранный
81
8
arena.az

10Источники