RU

WUF13-də BMT və Azərbaycanın bayraqları qaldırıldı

Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) təşkil olunduğu Bakı Olimpiya Stadionunda mayın 17-də Birləşmiş Millətlər Təşkilatının (BMT) rəsmi bayrağının və Azərbaycan Respublikasının Dövlət Bayrağının qaldırılması mərasimi keçirilib.

 

Senzor.az bildirir ki, mərasimdə WUF13-ün milli koordinatoru, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax iştirak ediblər.

 

Bayraqların qaldırılması mərasimi forumun rəsmi başlanğıcını simvolizə edir və tədbirin yüksək beynəlxalq əhəmiyyətini bir daha nümayiş etdirib.

 

Xatırladaq ki, WUF13 mayın 17-dən 22-dək davam edəcək.


Избранный
19
5
senzor.az

10Источники