AZ

Bakı Olimpiya Stadionunda Azərbaycanın və BMT-nin bayraqları qaldırılıb - FOTO - VİDEO

Mayın 17-də Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) təşkil olunduğu Bakı Olimpiya Stadionunda BMT-nin rəsmi bayrağının və Azərbaycan Respublikasının Dövlət Bayrağının qaldırılması mərasimi keçirilib.

Day.Az xəbər verir ki, mərasimdə WUF13-ün milli koordinatoru, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax iştirak ediblər.

Orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Bayrağı və Birləşmiş Millətlər Təşkilatının bayrağı qaldırılıb.

Qeyd edək ki, mayın 22-dək davam edəcək WUF13 BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Azərbaycan hökumətinin birgə təşkilatçılığı ilə baş tutur.

  • Bakı
  • Bakı
  • Bakı
  • Bakı
  • Bakı
  • Bakı
  • Bakı
  • Bakı
  • Bakı
  • Bakı
  • Bakı
  • Bakı
  • Bakı
  • Bakı
Seçilən
9
7
day.az

10Mənbələr