RU

Aeroport yolunda avtomobil yandı - FOTO - YENİLƏNİB

Bu gün paytaxtın Suraxanı rayonunda kiçiktutumlu yük avtomobili yanıb.

"Cebheinfo.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, Aeroport şosesinin Ramana qəsəbəsindən keçən hissəsində - keçidin yanında avtomobil alovlanmağa başlayıb.

Hadisə yerinə cəlb edilən yanğınsöndürmə briqadası yanğını söndürüb.

***

Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, “112” qaynar telefon xəttinə Bakı şəhəri, Suraxanı rayonu, Heydər Əliyev prospektində avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlər tərəfindən “Ford” markalı yük avtomobilində baş vermiş yanğın söndürülüb.

"Cebheinfo.az"

Избранный
6
2
cebheinfo.az

3Источники