AZ

Aeroport yolunda avtomobil yandı -

Bu gün paytaxtın Suraxanı rayonunda kiçiktutumlu yük avtomobili yanıb.

Metbuat.az Qafqazinfo-ya istinadən xəbər verir ki, Aeroport şosesinin Ramana qəsəbəsindən keçən hissəsində - keçidin yanında avtomobil alovlanmağa başlayıb.

Hadisə yerinə cəlb edilən yanğınsöndürmə briqadası yanğını söndürüb.

Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, “112” qaynar telefon xəttinə Bakı şəhəri, Suraxanı rayonu, Heydər Əliyev prospektində avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlər tərəfindən "Ford ” markalı yük avtomobilində baş vermiş yanğın söndürülüb.

Seçilən
36
2
metbuat.az

3Mənbələr