Bu gün paytaxtın Suraxanı rayonunda kiçiktutumlu yük avtomobili yanıb.
Redaktor.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, Aeroport şosesinin Ramana qəsəbəsindən keçən hissəsində - keçidin yanında avtomobil alovlanmağa başlayıb.
Hadisə yerinə cəlb edilən yanğınsöndürmə briqadası yanğını söndürüb.
